Yutub bu dəfə “Kənd həyatı”nı seçdi - Fotolar

MARAQLI
16:55
9 Fevral 2022
703

Yutub rəsmi instaqram hesabında bu dəfə azərbaycanlılara məxsus “Country Life Vlog”la (Kənd həyatı) bağlı paylaşım edib.

Sabah.az xəbər verir ki, paylaşım “Country Life Vlog hər kəsin xəyal etdiyi kənd həyatını yaşayır” şərhi ilə edilib.

Qeyd etmək lazımdır ki, yutub mütəmadi olaraq rəsmi instaqram hesabında media platformanın ən yaxşı və maraqlı kanallarını paylaşır. “Country Life Vlog” da onlardan biri olub.

Onu da qeyd edək ki, “Country Life Vlog” dünyaca məşhur Azərbaycan yutub kanalıdır. Kanalın abunəçilərinin sayı 3 milyondan çoxdur. Videolar Qusarın Hil kəndində yaşayan ailə tərəfindən hazırlanır. Süjetlərin məzmunu Əzizə Rəmixanovanın öz bostanında yetişdirdiyi məhsullardan yeməklərin hazırlanmasından ibarətdir.

Xəbər lenti