İlin ilk Ay tutulması başa çatdı - Yenilənib

MARAQLI
14:11
26 May 2021
534

2021-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.

Sabah.az xəbər verir ki, tutulma tam Ay tutulmasıdır və 3 saat 8 dəqiqə davam edəcək.

Bakı vaxtı ilə saat 13:44:57-də başlayan Ay tutulması saat 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

***

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Təbiət hadisəsi 3 saat 8 dəqiqə davam edib.

Xəbər lenti