Yanvar-mart aylarında 708 əkiz dünyaya gəlib

MARAQLI
16:40
19 May 2021
120

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-mart aylarında 29 484 doğulan körpə qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,9 təşkil edib.

Doğulanların 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 708-i əkiz, 21-i isə üçəm doğulanlardır.

Xəbər lenti