Sabiq icra başçısı oğlunun şəhid olduğu yerə getdi

MARAQLI
09:53
4 May 2021
181

Vətən Müharibəsi şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun şəhid olduğu Hadruta gedib.

Sabah.az xəbər verir ki, 3 gün öncə doğum günü olan N.Qasımov özəl gününü övladının şəhid olduğu məkana səfər etməklə keçirib. Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşaraq bu qeydi yazıb:

“Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya, Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta.

Getdim və gəldim! Mən ömürümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda, oğlum Səidə həsəd apardım. İlahi bunlar bura necə çıxıblar?”

Qeyd edək ki, baş leytenant Səid Rəşidzadə oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Daha sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər lenti