28 il sonra oğlunun məzarını ziyarət edən ana... - Video

MARAQLI
17:59
24 Aprel 2021
231

“Kədərli ananın həsrətinə son qoyuldu. Ana 28 il sonra oğlunun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıldakı məzarını azad olunduqdan sonra ziyarət edə bildi. Uçmaq, oğlunun məzarını görmək üçün quş olmaq arzusunda idi. Qarabağın insan faciələri…”

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında paylaşdığı videoya şərhində yazıb.

Qeyd edək ki, 84 yaşlı Güldəstə Ağayeva 28 il sonra Cəbrayılda oğlunun məzarını ziyarət edib.

Daxili İşlər Nazirliyinə məktubla müraciət edən G.Ağayevanın arzusu reallaşıb.

G.Ağayevanın oğlu Ağayev Ramiz Eldar oğlu Birinci Qarabağ Müharibəsində şəhid olub.

Xəbər lenti