Gəncə terrorunda çəkilən şəkil Türkiyədə “İlin media fotosu” seçildi

MARAQLI
14:43
16 Aprel 2021
162

Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə “İlin media fotosu” seçilib.

Sabah.az xəbər verir ki, “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım qadının raket atəşi nəticəsində yaxınının ölüm xəbərini alması anını çəkib.

Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.

Xəbər lenti