İrəvanda Polad Həşimovla Elşad Məmmədovun adına küçə - Foto

MARAQLI
17:44
10 Aprel 2021
251

"Google Maps"də İrəvanın mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla Elşad Məmmədovun adları verilib.

Sabah.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan deputat Naira Zoqrabyan feysbuk hesabında yazıb.

"Faktiki olaraq, mən hazırda Polad Həşimov küçəsində yaşayıram. Siz hələ də türklərlə sülhü təbliğ edin", - deyə Zoqrabyan qeyd edib.

Qeyd edək ki, Polad Həşimovla Elşad Məmmədov 2020-ci ilin iyulunda Tovuz döyüşlərində şəhid olublar.

Xəbər lenti