“WhatsApp” koronavirusla bağlı hərəkətə keçdi

TEXNOLOGİYA
01:42
5 Mart 2020
136

“WhatsApp”da koronavirus haqqında yayılan yalan məlumatla mübarizə üçün məhdudiyyət qoyulub.

Sabah.az “ICTnews”a istinadən xəbər verir ki, “WhatsApp” messencerinin nümayəndələri jurnalistlərə bildiriblər ki, “COVID-19” epidemiyası haqqında yalan məlumatların yayılmasının qarşısının alınması üçün addımlar atılıb. Artıq messencerdə koronavirus haqqında yalan məlumatla mübarizə aparmaq üçün məhdudiyyətlər qoyulub.

Bildirilir ki, məsələn, “WhatsApp” komandası eyni anda mesaj göndərilən çatların sayını 5-dək məhdudlaşdırıb və bəzi mesajlara “göndərilmiş”, “dəfələrlə göndərilmiş” nişanlarını əlavə edib. Şirkətin nümayəndələri istifadəçiləri faktları kontaktdakı siyahılarla paylaşmazdan əvvəl onları yoxlamağa səsləyib.

Xəbər lenti