Yanvarda uşaqlara ən çox bu adlar verilib

MARAQLI
14:55
22 Fevral 2021
164

Azərbaycanda bu ilin yanvar ayında doğulan uşaqlara ən çox hansı adların verildiyi məlum olub.

Sabah.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayı ərzində doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Fatimə, Aylin və Məryəm kimi adların verilməsi üstünlük təşkil edib.

Xəbər lenti