Ceff Bezos yenidən birinci oldu

TEXNOLOGİYA
09:22
17 Fevral 2021
1006

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı geridə qoyaraq yenidən dünyanın ən zəngin insanı olub.

Sabah.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin hesablamalarına görə, hazırda Bezosun 191 milyard dollar, Maskın isə 190 milyard dollar varidatı var.

Üçüncü yerdə “Microsoft” korporasiyasının banisi Bill Qeyts qəraralaşıb. Onun varidatı 137 milyard dollar məbləğində qiymətləndirilir.

Xəbər lenti