Azərbaycan-Türkiyə birgə hərbi təlimindən - Fotolar

MARAQLI
10:20
12 Fevral 2021
139

Xəbər verdiyimiz kimi, Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Qış-2021” təlimi keçirilir.

Ötən gün təlimləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev, həmçinin Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz və Dəniz Qüvvələri Komandanı admiral Adnan Özbal izləyiblər.

Fevralın 1-də başlayan təlimlər bu gün başa çatacaq. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Sabah.az “Qış-2021” təlimindən fotoları təqdim edir:

Xəbər lenti