“National Geographic” Ağdamdan fotolar paylaşdı

MARAQLI
14:19
29 Yanvar 2021
84

“National Geographic”  İnstaqram hesabında Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşıb.

Sabah.az xəbər verir ki, “National Geographic”in paylaşımda bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilib.

"1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.

Ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam edib və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatıb. Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini geri qaytarıb", - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti