Sosial şəbəkələr Trampın hesablarını dondurdu

TEXNOLOGİYA
09:18
7 Yanvar 2021
274

Feysbuk, Tvitter, İnstaqram sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarını dondurub.

Sabah.az xəbər verir ki, İnstaqramın baş direktoru Adam Mosseri bildirib ki, ABŞ prezidentinin rəhbəri olduğu sosial şəbəkədə bloklanması bir neçə saat davam edəcək:

"Biz də həmçinin 24 saat ərzində instaqramda prezident Trampın hesabını bloklayırıq".

Analoji açıqlama ilə Feysbuk da çıxış edib. Trampın platformadakı hesabının bloklanması 1 sutka davam edəcək.

Eyni zamanda Tvitter də prezidentin hesabını 12 saatlıq dondurub.

Bu sosial şəbəkələrlə yanaşı, Yutub da Trampın etirazçılara videomüraciətini bloklayıb. Platforma bunu Ağ Ev rəhbərinin daxili qaydaları pozması ilə əsaslandırıb.

Xatırladaq ki, ABŞ rəhbəri qarışıqlıqlar fonunda Kapitolidə etirazçılara müraciət edib. Ağ Ev rəhbəri bildirib ki, prezident seçkilərinin nəticələri "oğurlanıb". O, həmçinin tərəfdarlarını evlərinə getməyə çağırıb.

Xəbər lenti