Azərbaycan Prezidenti Rusiyada “İlin siyasətçisi” seçildi

MARAQLI
12:25
25 Dekabr 2020
119

Rusiyanın nüfuzlu “Vedomosti” nəşri 6 nominasiya üzrə ilin şəxsiyyətləri üzrə illik xüsusi layihəsinin nəticələrini dərc edib.

Sabah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

“Azərbaycan Prezidenti ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region standartlarına görə isə mütləq bir zəfər çalan yeganə lider adlandırıla bilər”, - deyə nəşr qeyd edib.

Namizədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Belarus Prezidenti Aleksandr Lukaşenko və ABŞ Prezidenti Co Bayden kimi siyasətçilər yer alıb.

Xəbər lenti