Bərdə terrorunda çəkilən şəkil ilin fotolarından oldu

MARAQLI
13:11
19 Dekabr 2020
222

ABŞ-ın “Time” jurnalı 2020-ci ilin seçilən 100 fotosunu dərc edib.

Sabah.az xəbər verir ki, jurnalda Azərbaycanın Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə hücumu nəticəsində Bərdə şəhərindən çəkilən şəkil də yer alıb.

“Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə atdığı raket hücumu nəticəsində Fuad İsmayılov öləndən sonra bacısı onun əlindən öpür”, - deyə foto şərh olunub.

Qeyd edək ki, foto “The New York Times” qəzetində Şarlotta Qallın Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini atəşə tutması nəticəsində zərərçəkənlərlə bağlı hadisə yerindən hazırladığı reportajda yayımlanıb. Şəklin müəllifi isə Ayvor Prikettindir.

Xəbər lenti