Evində şəhid və qazilərimizin xatirələrini saxlayır - Video

MARAQLI
16:30
1 Dekabr 2020
121

Türkiyənin Anadolu Agentliyi evində Qarabağ Qəhrəmanları Muzeyi yaradan Elnarə Tağıyeva ilə bağlı reportaj hazırlayıb.

Sabah.az xəbər verir ki, reportajda qeyd olunub ki, Gəncədə yaşayan Elnarə Tağıyeva evinin 3 otağını bunun üçün ayırıb. Muzeydə Qarabağ döyüşlərində 500-ə yaxın şəhid və qazinin xatirələri saxlanılır.

Tağıyeva 28 ildir şəhid və qazi ailələrini ziyarət etdiyini, onların şəxsi əşya və fotolarını topladığını, hətta ərazisində 5 ev olan kəndlərə getdiyini bildirib. O, muzeyin ilk əşyasının Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə məxsus siqaret olduğunu deyib.

Şəhid Ülvi Məmmədovun toyunda gəlininə verdiyi güldən, Ermənistan sərhədinə atılan güllədən, girov götürülməmək üçün özü ilə gətirdiyi zəhəri içən Qaratel Hacımahmudova kimi onlarla şəhidin əşyaları muzeydə yer alıb.

“1992-ci ildən bəri şəhid və qazi evlərinə gedirəm. Onlardan birinin anası “Oğlumu ürəyinizdə saxlayıb qapımıza gəldinizsə, deməli, oğlum ölmədi” söylədi”, - deyə Tağıyeva bildirib.

O vurğulayıb ki, şəhid ailələri və qazilər tərəfindən bağışlanan əşyalar arasında şəhidlərin geyimləri də var: “Hamısı çox qiymətli əşyalardır. Hər birində bir ailənin göz yaşı var. Otaq qalmayıb, amma əldə etdiklərimi sərgiləməliyəm. Təzə şəhidlərimizin məzarlarına getdik və ailələri ilə söhbət etdik. Qırx mərasimi çıxandan sonra yadigarlarını toplamağa başlayacağıq. Hər şəhidin evindən və ailəsindən ürək ağrısı və göz yaşı ilə çıxdıq. Hamısının öz xatirələri var. Gənc olsalar da, çox şərəfli bir həyat keçirdilər. Mən muzeyin bu evdə qalmasını istəyirəm. Başqa bir yerə aparmağa dözə bilmirəm. Ancaq genişləndirmək istəyirəm”.

Elnarə Tağıyeva öz ailəsində əsgərlərin olduğunu və hətta bibisi nəvəsi Turxan Məmmədovdan iki aydır xəbər ala bilmədiyini qeyd edib.

Xəbər lenti

18:00 15 Yanvar 2021
17:14 15 Yanvar 2021
13:39 15 Yanvar 2021
19:11 14 Yanvar 2021
18:09 14 Yanvar 2021
15:21 14 Yanvar 2021
13:21 14 Yanvar 2021