29 fevralı özəl gün kimi qeyd edən azərbaycanlılar

MARAQLI
20:48
27 Fevral 2020
62

Azərbaycanda 29 fevral tarixində doğulanların sayı açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanda bu tarixdə doğulan 5 082 nəfər yaşayır. Onlardan 2505 nəfəri kişi, 2577 nəfəri isə qadındır:

“18 yaşına çatmayan şəxslərin sayı 1306 nəfərdir (669 kişi, 637 qadın), gənclərin (14 yaşdan 29 yaşadək) sayı 1111 nəfərdir (569 kişi, 542 qadın). Yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2889 nəfərdir (1.388 kişi, 1.501 qadın). Onlardan 2074 nəfəri 40 yaşdan, 1199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır”.

Qeyd edək ki, ilin ən qısa ayı olan fevral 28 gündən, dörd ildən bir isə 29 gündən ibarət olur.

Xəbər lenti