“Cavidin tabutu gələndə dedim ki, çiynimə qoyun” - Şəhid anası
AzTV oğlunun tabutunu çiynində son mənzilə aparan ana Səkinə Sahratova ilə çəkiliş edib.
Sabah.az xəbər verir ki, Səkinə xanım sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində oğlu Cavid Sahratovu şəhid verib. Gizir rütbəsini daşıyan Cavid tankçı olub.
Yardımlı rayonunun Əsədabad kənd sakini S.Sahratova deyib ki, mən oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib:
“Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım. Onun kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Qələbə günü Cavid yuxuma gəldi”.
Daha çox