İki oğlu ilə birgə döyüşə qatılıb şəhid olan ata - Video

MARAQLI
10:27
6 Noyabr 2020
1652

İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun övladları hələ də döyüşür.

Sabah.az AzTV-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb.

Birinci Qarabağ müharibəsində isə Müşfiq Abbasov qardaşları ilə birgə döyüşürmüş.

Onun oğlu Şamil Abbasov deyib ki, atası lap uşaq yaşlarından onlara silahla davranmağa öyrədib, sanki bu gün üçün döyüşlərə hazırlaşdırıb. Atam deyirdi ki, bizim aramızda ata-oğul münasibəti yoxdur, biz komandir-əsgərik.

Həmin reportajı təqdim edirik:

Xəbər lenti