Ağrı dağının Ermənistan tərəfində bayrağımız əks olunacaq

MARAQLI
16:12
3 Noyabr 2020
343

Ağrı dağının Ermənistan tərəfə baxan hissəsində Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq.

Sabah.az xəbər verir ki, Ağrının bələdiyyə sədri Savcı Sayan bunla bağlı İnstaqram hesabında paylaşım edib.

Bildirib ki, bu görüntü tezliklə gerçək olacaq.

"Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana "stimul" olar" deyə, o paylaşımında qeyd edib.

Xəbər lenti