Türkiyədə 12 əsgər xəstəxanalıq oldu

DÜNYA
22:58
22 Fevral 2020
81

Türkiyənin Biləcik rayonunda 12 əsgər xəstəxanaya yerləşdirilib.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, onların vəziyyəti axşam yeməyindən sonra pisləşib. Hərbçilər qusma və qarın ağrısı şikayətləri ilə Biləcik Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Bildirilib ki, xəstələnənlər “Biləcik 2-ci Jandarma Eğitim Tugay Komutanlığı”nın əsgərləridir.

Xəbər lenti