Putin xalqa müraciət etdi - Yenilənib

DÜNYA
16:51
23 Mart 2024
195

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edir.

Sabah.az xəbər verir ki, Putin müraciətində ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verənləri qanlı və barbar terror hücumu adlandırıb.

O bildirib ki, onlarla dinc, günahsız insan terror aktının qurbanı olub.

Putin Putin doğmalarını və yaxınlarını itirən hər kəsə başsağlığı verib.

***

Rusiya Prezidenti martın 24-nü milli matəm günü elan edib.

O qeyd edib ki, istintaq və hüquq-mühafizə orqanları terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün əllərindən gələn hər şeyi edəcəklər: “Bu hadisədə kim iştirak edibsə, hər kəsi müəyyən edib cəzalandıracağıq. Terror aktının bütün icraçıları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar”.

Xəbər lenti