Bakıda 16 yaşlı qız kredit ödənişi adı ilə evdən qaçdı - Video

XƏBƏR
09:53
27 Aprel 2024
458

Aprelin 17-də Bakıda 16 yaşlı qız kredit ödənişi adı ilə evdən çıxıb və evə qayıtmayıb.

Sabah.az Xezer Tv-yə istinadən xəbər verir ki, ata qızının özündən bir yaş böyük oğlanla qaçdığını deyib.

O, qızının təzyiq altında olduğunu qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qız və oğlan hazırda Şamaxı rayonundadırlar. Onlarla bağlı qanunamüvafiq tədbirlər görüləcək.

Daha ətraflı videomaterialda:

Xəbər lenti