Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video

XƏBƏR
11:57
8 May 2024
125

Dünən yağan güclü yağış nəticəsində paytaxtın bir neçə ərazisini su basıb.

Sabah.az-ın “İTV Xəbər”ə istinadən məlumatına görə, buna səbəb Biləcəri qəsəbəsində yağış və kanalizasiya sularının daşmasıdır.

Evləri su altında qalan sakinlər bildirir ki, aidiyyəti qurumlar zənglərə cavab vermir, şikayətlərlə maraqlanmırlar:

“Bir gündə on dəfə zəng etmişəm. Cavab verən yoxdur” .

Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov deyib ki, narahatlığa heç bir əsas yoxdur:

“Yağış intensiv yağdığından nasoslar çatdırmırdı. Hazırda nasoslar tam gücü ilə işləyir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, mövcud kanalizasiya infrastrukturu həm yağış, həm də tullantı sularını eyni anda daşımaq gücündə deyil.

Ətraflı videomaterialda:

Xəbər lenti