Nəsib Quliyev intihar etdi - Yenilənib

ÖLKƏ
14:25
24 Aprel 2024
209

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

Sabah.az xəbər verir ki, hadisə aprelin 24-də, mərhumun Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə qeydə alınıb. 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi.

***

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:23 radələrində Abşeron rayonu, Goradil ərazisindən tanınmış həkim-pediatr, tibb elmləri doktoru, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun intihar etməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Ünvanda şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Xəbər lenti