Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - Yenilənib

XƏBƏR
09:13
4 May 2024
199

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sabah.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

***

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.

Xəbər lenti