SDU-nun rektor müşaviri o oldu

ÖLKƏ
11:14
27 Aprel 2024
102

Sumqayıt Dövlət Universitetinə yeni rektor müşaviri təyin olunub.

Sabah.az xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, bu vəzifəyə 33 yaşlı Günay Kazımzadə gətirilib.

Günay Kazımzadə 2019-cu ildə Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilib. O, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi olub. Eyni zamanda TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır.

Qeyd edək ki, SDU-nun rektoru Rüfət Əzizovdur. 

Xəbər lenti