Mayın sonunda Xocalıya ilk köç olacaq

XƏBƏR
16:21
27 Mart 2024
77

“Hazırda Xocalıda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir” .

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir:

“Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”.

İcra başçısı qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub:

“Birinci 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç davam edəcək. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.

Xəbər lenti