Bu yerlərdə də parkinq qiymətləri qalxır - Cədvəl

ÖLKƏ
11:34
27 Mart 2024
62

Gələn aydan “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda aylıq parkinq qiymətləri qalxacaq.

Sabah.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan cədvəllərdə saatlıq və aylıq tariflər müəyyən edilib.

Bildirilib ki, “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. Azadlıq meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib.

Məlumatda sözügedən tariflərin aprel ayının 1-dən qüvvəyə minəcəyi qeyd olunub.

Yayılan qiymət cədvəllərini təqdim edirik:

 

Xəbər lenti