"Anamın qoxusu üçün darıxıram" - Video

MƏDƏNİYYƏT
14:01
30 Oktyabr 2020
325

Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlanıb. 

Sabah.az xəbər verir ki, videoçarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib.

Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.

Qeyd edək ki, layihə Azərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşəbbüsü ilə ərsəyə gəlib. 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb.

Xəbər lenti

13:46 26 Noyabr 2020
13:55 25 Noyabr 2020
19:13 24 Noyabr 2020