Prezidentdən Mehriban Ələkbərzadə ilə bağlı - Sərəncam

MƏDƏNİYYƏT
17:55
27 May 2024
159

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də var.

Əməkdar incəsənət xadimi teatr rejissorluğu sahəsində fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.

Xəbər lenti