Tağıyevin nəticəsindən Azərbaycana maraqlı dəstək
Xeyriyyəçi Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Azərbaycana dəstək olaraq paylaşım edib.
Sabah.az xəbər verir ki, o, Ermənistanın təxribatına qarşı etirazını bildirib.
"Dünəndən başlayaraq Ermənistanla Azərbaycanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.
Müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.
Bu yazım, xüsusi ilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək. İstənilən müzakirəyə hazıram, mənə fikirlərinizi bu [email protected] ünvana yaza bilərsiniz".
Daha çox