Restoranda karantini pozdular - Dj Roşka da orada olub+Video

ŞOU
08:50
25 Sentyabr 2020
293

Bakıda karantin qaydalarının növbəti dəfə pozulması halı qeydə alınıb.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, Aqşin Nəcəfov adlı sosial şəbəkə istifadəçisi İnstaqramda canlı yayım açaraq dostları ilə restoranda əyləndiklərini bildirib. O qeyd edib ki, Bakıda eyni masada 6 nəfərin əyləşməsinə icazə verilsə də, onların sayı 15 nəfərdir. Məclisdə tanınmış dicey Roşkanın da iştirak etdiyi görüntülərə düşüb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə əsasən, restoranlarda hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.