Təranə Səmədovaya - Hökm oxundu

ŞOU
13:13
25 Yanvar 2024
158

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Xəbər lenti