Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

ŞOU
09:18
30 Sentyabr 2022
469

Müğənni Rəhim Rəhimli vəfat edib.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı ürəktutmadan dünyasını dəyişib.

TƏBİB-in ictimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilovanın sözlərinə görə, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 01:30 radələrində Səbail rayonu, Mərdanov qardaşları 3 ünvanından çağırış daxil olub. Həkimlərin bütün zəruri tibbi yardımlarına baxmayaraq ifaçınının həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, ürək çatışmazlığından vəfat edən ifaçı eyni zamanda sirrozdan əziyyət çəkirmiş.

R.Rəhimli bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

Xəbər lenti