Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

MƏDƏNİYYƏT
14:00
18 Sentyabr 2020
78

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 sentyabr - Milli Musiqi Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Sabah.az həmin paylaşımı təqdim edir:

“Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”

Xəbər lenti