Türkiyəli aktyorun koronavirusdan öldüyü açıqlandı
Bir neçə gün bundan öncə dünyasını dəyişən Türkiyənin məşhur aktyoru Halil Kumovanın koronovirusdan öldüyü açıqlanıb.
Sabah.az “HaberTürk”ə istinadən xəbər verir ki, "Zalo" adlı filmin çəkilişlərində halı pisləşən və xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişən aktyorun COVID-19 testinin nəticələri müsbət çıxıb.
H.Kumovun virus daşıyıcısı olduğu məlum olduqdan sonra çəkiliş heyətindən də test götürülüb və daha dörd əməkdaşın koronovirus daşıyıcısı olduğu aşkarlanıb.
Qeyd edək ki, 64 yaşlı aktyor “Möhtəşəm yüz il”, “Aşkın bədəli”, “Karagül”, “Kuzey Güney”, “Yunus Əmrə” kimi seriallarda rol alıb.
Daha çox