Əməkdar artist əməliyyat olundu

MƏDƏNİYYƏT
23:58
22 Fevral 2020
122

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Sabah.az Yenicag.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında baş tutan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. O,  şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub. Həkimlər əməliyyatın uğurla keçdiyini deyirlər.

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib:

“Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq”.

Aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.

Xəbər lenti