“Pianoçu” filminin ssenaristi vəfat etdi
Britaniyalı dramaturq və “Oskar” laureatı Ronald Harvurd 85 yaşında vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə “Daily Telegraph” nəşri ailənin açıqlamasına istinadən məlumat yayıb.
Ailənin sözlərinə görə, yazıçı çərşənbə axşamı Sasseksdə öz evində dünyasını dəyişib.
Qeyd edək ki, Harvurd 2003-cü ildə “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında “Oskar” mükafatına, 2008-ci ildə isə “Skafandr və kəpənək” filminin ssenarisinə görə “BAFTA” mükafatına layiq görülüb. 2010-cu ildə ssenarist “Cəngavər” titulu alıb.
Daha çox