Tuba tarixi serialdakı hamam səhnəsi ilə gündəmdə
Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün Fateh Sultan Mehmet və İstanbulun fəthi barədə çəkilən “Rise of Empires: Ottoman” adlı sənədli serialdakı rolu ilə gündəmdədir.
Sabah.az xəbər verir ki, o, ekran işində Serbiyadan olan şahzadə, Sultan Mehmetin ögey anası Mara Brankoviç (Sultan Muradın III xanımı) obrazını canlandırır. Ekran işində övladı olmayan, daim ögey uşağını dəstəkləyən, hətta onun yolunda öz atası ilə qarşı-qarşıya gələn aktrisanın hamam səhnəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
“Netflix” platformasında yayımlanan serialda onun yarıçılpaq kadrları KİV-lərdə və Tvitterdə yayılıb.
Qeyd edək ki, layihədə Cem Yiğit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu, Osman Sonant, Tolga Tekin, Ushan Çakır, Damla Sönmez və başqaları yer alıb.
Daha çox