Bürol Ünel vəfat etdi

ŞOU
13:55
4 Sentyabr 2020
538

Tanınmış türk aktyor Bürol Ünel vəfat edib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 avqust - ad günündə xəstəxanaya yerləşdirilən sənətçi bu gün dünyasını dəyişib. Xərçəng xəstəliyindən əziyyət çəkən 59 yaşlı Bürol Ünel uzun müddət alkoqol asılılığından müalicə alıb.

Qeyd edək ki, B.Ünel türk əsilli alman rejissor Fatih Akının “Divara qarşı” filmindəki rolu ilə məşhurlaşıb.

Xəbər lenti