Mədəniyyət Nazirliyində daha bir təyinat

MƏDƏNİYYƏT
17:16
3 Sentyabr 2020
578

Səadət Xələfbəyli Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib. 

Mədəniyyət Nazirliyindən Sabah.az-a verilən məlumata görə, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmr imzalayıb.

Qeyd edək ki, S.Xələfbəyli 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.

Xəbər lenti