Məşhur aktyor koronavirusa yoluxdu

ŞOU
14:58
3 Sentyabr 2020
566

Məşhur aktyor Duayn Conson koronavirusa yoluxub.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi 3 həftə əvvəl verdiyi COVID-19 testinin cavabının pozitiv çıxdığını bildirib.

Conson özü ilə yanaşı həyat yoldaşı Lauren və iki qızının da virusa yoluxduğunu açıqlayıb: "Bu, yaşadığım ən çətin məqamlardan biri idi. Keçmişdə bir çox çətinliklərin öhdəsindən gəlmişəm. Koronavirus bunların hamısının üstündə dayandı".

Bütün ailə üzvlərinin virusa yoluxmasının ona pis təsir etdiyini bildirən 48 yaşlı aktyor artıq sağalmağa başladıqlarını deyib. Sağalma müddətinin çətin olduğunu vurğulayan aktyor insanlardan maska taxmağı xahiş edib.

Qeyd edək ki, D.Conson 2020-ci ilin ən çox qazanan aktyoru olub. Onun bu ilki gəliri 87,5 milyon dollar təşkil edib.

Xəbər lenti