"Xəzər TV"nin daha bir əməkdaşı işdən ayrıldı
"Xəzər TV"nin daha bir əməkdaşı işdən ayrılıb.
Sabah.az xəbər verir ki, bu dəfə aparıcı Aqşin Kamal telekanaldakı fəaliyyətinə son qoyduğunu açıqlayıb. O bildirib ki, 2012-ci ildən çalışdığı kanaldan öz istəyi ilə ayrılır:
"Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda, özünün də dediyi kimi mənə böyük qardaş münasibəti sərgilədi. Hətta "Xəzər TV"də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm".
Daha çox