"Kurtlar vadisi"nin aktyoru vəfat etdi

MƏDƏNİYYƏT
10:31
1 Sentyabr 2020
605

Türkiyənin məşhur aktyoru Haldun Boysan 62 yaşında dünyasını dəyişib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi Nevşehirdə serial çəkilişləri zamanı infarkt keçirib.

Aktyor dərhal xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Boysan "Kara Melek", "Gemide", "Çılgın Bediş", "Kurtlar Vadisi" kimi bir çox serial və filmdə rol alıb.

Xəbər lenti