Fatih Portakal Fox TV-dən getdi

ŞOU
09:55
24 Avqust 2020
758

Məşhur aparıcı Fatih Portakal istefa verib.

Sabah.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fox TV-nin xəbərlər verilişinin aparıcısının yorulduğu, buna görə də işindən ayrıldığı bildirilir.

Portakal, bununla bağlı verdiyi açıqlamada artıq özünü təkrarladığına görə qarşılıqlı razılaşma ilə işdən ayrıldığını və bir daha xəbər aparıcılığı etməyəcəyini də vurğulayıb.

FOX TV-nin bu qərardan sonra yeni bir aparıcı ilə razılaşma əldə etdiyi bildirilib. Yeni aparıcının həftənin ortalarına qədər açıqlanacağı qeyd olunub.

Xəbər lenti