İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək

MƏDƏNİYYƏT
11:49
17 Avqust 2020
412

İtaliyada dünyasını dəyişən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.

Sabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, E.Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək.

Qeyd edək ki,  Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.

Xəbər lenti