Mədəniyyət Nazirliyində yeni təyinat
Rejissor Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Sabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.
Qeyd edək ki, 2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.
Daha çox