Kəmaləddin Heydərovun həyat yoldaşı tenderin qalibi oldu

MƏDƏNİYYƏT
10:45
13 Avqust 2020
896

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə elektron satınalmalar portalına istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Mərkəz 2020-ci ilin fevral ayında ofis yerinin icarəsi üçün tender elan edib. Avqustun 11-də açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 48 min 840 manat ödəyəcək. R.Heydərova məxsus və Mərkəzin yerləşdiyi bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Xəbər lenti