Mədəniyyət nazirinə müşavir təyin olundu
Mədəniyyət Nazirliyində yeni təyinat olub.
Sabah.az xəbər verir ki, Nazirliyikdən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Əliyev Elnur Əli oğlu Mədəniyyət nazirinin müşaviri təyin olunub.
A.Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Qeyd olunur ki, E.Əliyev son təyinata qədər BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.
Daha çox